Yəmənin şimalında baş verən hadisə ilə bağlı Nəzər.Media Türkiyənin “Hürriyyət” qəzetinə istinadən xəbər verir ki, Husilər “Tayfun” tipli döyüş təyyarəsini raketlə vurduqlarını açıqlayıblar.
Husilərin hərbi sözçüsü Yəhya Səri təyyarənin Səda şəhəri üzərində hədəf alındığını bildirib.
Onun sözlərinə görə, təyyarə qəzaya uğrama təhlükəsi ilə üzləşib.
Səudiyyə Ərəbistanı rəsmiləri iddia ilə bağlı hələlik rəsmi açıqlama verməyiblər.
//Nəzər.Media
