Səudiyyə Ərəbistanında iki hava limanına hücum edilib. Nəzər.Media Türkiyənin “Hürriyyət” qəzetinə istinadən xəbər verir ki,Hücumlar Əbha və Ər-Riyaddakı hava limanlarına edilib.
Hadisə zamanı hər iki hava limanına ziyan dəyib. Hücumlarda 3 nəfər ölüb, 36 nəfər yaralanıb.Husilər hücumları raket və pilotsuz uçuş aparatları ilə həyata keçirdiklərini açıqlayıb.
//Nəzər.Media
