Yəməndəki husilər Səudiyyə Ərəbistanına qarşı sərt təhdid səsləndiriblər. Nəzər.Media Türkiyənin “Hürriyyət” qəzetinə istinadən xəbər verir ki, husilər Məkkə və Mədinədən başqa ölkənin bütün ərazilərini hədəf ala biləcəklərini bildiriblər.
Bu açıqlama bölgədə gərginliyin artdığı bir vaxta təsadüf edir. Husilərin təhdidinin hansı addımlarla müşayiət olunacağı hələ məlum deyil. Bəyanat Səudiyyə Ərəbistanına qarşı mümkün hücumlarla bağlı narahatlığı artırıb.
//Nəzər.Media
