Husilər Səudiyyə Ərəbistanına yeni hücum etdiklərini açıqlayıblar. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, hədəfin Nəcran hava limanı olduğu bildirilib.
Qrup hava limanına kamikadze pilotsuz uçuş aparatı ilə zərbə endirdiyini iddia edib. Husilər hücumun Yəmənin hava məkanının pozulmasına cavab olduğunu açıqlayıblar. Onların sözlərinə görə, əməliyyat uğurla başa çatıb. Hücum zamanı hansı obyektin vurulduğu barədə məlumat verilməyib. Səudiyyə Ərəbistanı isə iddiala bağlı hələlik rəsmi açıqlama yaymayıb.
//Nəzər.Media
