Yəməndə husilər ölkənin cənubundakı Ədən şəhərini hədəf aldıqlarını bildiriblər. Nəzər.Media Türkiyənin “Hürriyyət” qəzetinə istinadən xəbər verir ki, husilər prezident sarayına ballistik raketlə zərbə endirdiklərini iddia ediblər.
Hücumun nəticələri barədə hələlik ətraflı məlumat yoxdur. Hadisə Yəməndə davam edən qarşıdurmanı yenidən gündəmə gətirib.
//Nəzər.Media
