Suriyada partlayış baş verib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, hadisə İdlib vilayətinin Bənnəş şəhərində baş verib.
Hadisə zamanı sursat yüklü maşın partlayıb. Partlayış nəticəsində 5 nəfər ölüb. Partlayış zamaı 10 nəfər yaralanıb. Ərazidəki iki avtomobil də yanaraq yararsız hala düşüb. Yaralılar xəstəxanalara çatdırılıb. Hadisənin səbəbi araşdırılır.
//Nəzər.Media
