Mauro İkardi Rams Parkda son oyununa çıxacaq. Nəzər.Media “CNN Türk”ə istinadən xəbər verir ki, o, Antalyaspor matçında azarkeşlərlə vidalaşacaq.
Futbolçu ilə “Qalatasaray” arasında yeni müqavilə razılaşması olunmayıb. Futbolçunun maaş tələbi tərəflər arasında problem yaradıb.
İkardinin başqa klublardan təkliflər aldığı bildirilir.
//Nəzər.Media
