• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home Manşet

İlham Əliyev Aşağı Oratağ kəndində görülmüş işlərlə tanış olub - FOTOLAR

13 Yanvar, 26 / 19:57
A A
İlham Əliyev Aşağı Oratağ kəndində görülmüş işlərlə tanış olub - FOTOLAR

İNGİLİS DİLİ KURSU-TÜRKİYƏDƏ TƏHSİL-UKRAYNADA TƏHSİL
TELEFON:+99470-511-22-88

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 13-də Ağdərə rayonunun Aşağı Oratağ kəndində görülmüş işlərlə tanış olub.

Dövlətimizin başçısına kənddə həyata keçirilmiş sosial layihələr barədə məlumat verildi.

Bildirildi ki, bu kənd Ağdərə rayonunun eyniadlı inzibati ərazi dairəsində, dağətəyi ərazidə yerləşir. İşğaldan əvvəl kəndin əhalisi əsasən üzümçülük, heyvandarlıq, taxılçılıq və tütünçülüklə məşğul olub, burada məktəb, klub, kitabxana və tibb məntəqəsi fəaliyyət göstərib. Aşağı Oratağ kəndi Azərbaycan Silahlı Qüvvələrinin 2023-cü ildə həyata keçirdiyi antiterror əməliyyatı nəticəsində işğaldan azad olunub.

Kənddə ümumilikdə 308 fərdi ev var. Onlardan 148-i yararsız, 160-ı isə qismən yararlıdır. Hazırda 100 ev görülmüş bərpa işlərindən sonra istismara hazırdır. İl ərzində daha 60 ev əsaslı təmir və bərpa olunacaq. Kəndə ilkin olaraq 31 ailə (119 nəfər) qayıdıb.

Burada sosial infrastrukturla bağlı bir sıra işlər görülüb. Belə ki, 2 ədəd transformator və qaz xətti bərpa olunub, yeni elektrik, qaz və rabitə xətləri çəkilib, su nasosu istifadəyə verilib, ümumi həcmi 560 kubmetr olan su anbarları təmizlənib, subartezian quyusu təmir edilib. Uzunluğu 7 kilometrə yaxın kənddaxili yollar bərpa olunub. Sakinlərin istirahəti üçün park salınıb, futbol meydançası yaradılıb.

Sonra dövlətimizin başçısı kəndə köçmüş Anar Rüstəmovun ailəsinə baş çəkdi, yeni evdə yaradılmış şəraitlə tanış oldu.

//milli.az

Previous Post

Prezident “Dəmirli” Filiz Emalı Kompleksinin fəaliyyəti ilə tanış olub - FOTOLAR

Next Post

Prezident Ağdərənin Aşağı Oratağ kəndində Aşağı Oratağ, Çıldıran, Heyvalı və Çapar kəndlərinin sakinləri ilə görüşüb - FOTOLAR

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.