
İNGİLİS DİLİ KURSU-TÜRKİYƏDƏ TƏHSİL-UKRAYNADA TƏHSİL
TELEFON:+99470-511-22-88
Azərbaycan Premyer Liqasının XXI turu çərçivəsində keçirilən “İmişli”-“Şamaxı” oyunu başa çatdı. Gərgin keçən matç başladığı hesabla bitti-“İmişli”-“Şamaxı”-0:0
xxx
Cümə günü Azərbaycan Premyer Liqasında XXI tura start verilib. PFL bu günə iki qarşılaşma təyin edib.
Günün ilk qarşılaşmasında “İmişli” “Quba Olimpi Kompleksinin Stadionu”nda “Şamaxı”nı qəbul edir. “Pələnglər”lə “Şirlər”in oyunu Rəşad Əhmədov idarə edir. Artı oyunda ilk hissə arxada qaldı. İlk hissədən sonra tərəflərdən sonra heç biri fərqlənə bilməyib-“İmişli”-“Şamaxı”-0:0
Bu gün daha bir qarşılaşma baş tutacaq
Günün və turun sonuncu qarşılaşmasında “Sabah” “Bank Respublika Arena”da qədim Gəncə təmsilçisi “Kəpəz”i qəbul edəcək. “Bayquşlar”la “sarı-göylər”in oyununu Əliyar Ağayev idarə edəcək.
Qeyd etdiyimiz kimi futbol üzrə Azərbaycan Premyer Liqasının XXI turuna dünən start verilib. PFL açılış gününə iki qarşılaşma təyin edib.
Günün və turun açılış matçında “Turan Tovuz” “Azersun Arena”da “Zirə”ni qəbul edib. Artıq oyunun 11-ci dəqiqəsində “Turan Tovuz” Filpp Ozobiçin qolu ilə hesabı açıb-“Turan Tovuz”-“Zirə”-1:0. Oyunun 19-cu dəqiqəsində Xorve Silva “Turan Tovuz”un ikinci topuna imza atıb-“Turan Tovuz”-“Zirə”-2:0. Görüşün ilk hissəsi “Turan Tovuz”un 2:0 üstünlüyü ilə başa çatıb. Oyunun ikinci hissəsində qol olmayıb və matç 2:0 “Turan Tovuz”un xeyrinə başa çatıb.
Günün ikinci qarşılaşmasında gənclik şəhər təmsilçisi “Sumqayıt” “Mehdi Hüseyinzadə adına Sumqayıt Şəhər Stadionu”nda “Qəbələ”ni qəbul edib. Görüşün ilk hissəsində tərəflərdən heç biri fərqlənə bilməyib-“Sumqayıt”-“Qəbələ”-0:0. Oyunun ikinci hissəsində qol olmadı və görüş başladığı hesabla bitti-“Sumqayıt”-“Qəbələ”-0:0.
Dünən iki qarşılaşma təyin edilsə də qarşılaşmalardan biri baş tutub.
Günün təyin edilən ilk və keçirilən yeganə oyununda “Karvan Yevlax” “Yevlax Şəhər Stadionu”nda “Araz-Naxçıvan”ı qəbul edib. Artıq oyunun 32-ci dəqiqəsində “Araz-Naxçıvan” Felipe Santosun qolu ilə hesabı açdı-“Karvan-Yevlax”-“Araz-Naxçıvan”-0:1. İlk hissə “Araz-Naxçıvan”ın 0:1 üstünlüyü ilə başa çatıb. Oyunun 50-ci dəqiqəsində Felipe Santos penaltidən dubl edərək özünün və “Araz-Naxçıvan”ın ikinci topuna imza atıb-“Karvan”-“Yevlax”-0:2. Bu görüşdə vurulan son qol olub və “Araz-Naxçıan” matçdan 0:2 qalib ayrıldı.
