
İNGİLİS DİLİ KURSU-TÜRKİYƏDƏ TƏHSİL-UKRAYNADA TƏHSİL
TELEFON:+99470-511-22-88
Azərbaycan Premyer Liqasının XXIII turu çərçivəsində keçirlən “Karvan-Yevlax”-“Sumqayıt” oyunu başa çatdı. Gərgin keçən matda tərəflər hərəyə bir dəfə fərqlənməklə bir xala qane oldular
xxxx
Oyunun 90+4-cü dəqiqəsində Coy Sleyd Mikels “Karvan-Yevlax”ın bərabərlik topuna imza atdı-“Karvan-Yevlax”-“Sumqayıt”-1:1
xxxx
Oyunun 51-ci dəqiqəsində “Sumqayıt” Səbuhi Abdullazadənin penaltidən qolu ilə hesabı açdı-“Karvan-Yevlax”-“Sumqayıt”-0:1
xxxxx
xxxx
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXIII tura start verilib. PFL bu günə bir qarşılaşma təyin edib.
Günün yeganə və turun açılış qarşılaşmasında “Karvan-Yevlax” “Yevlax Şəhər Stadionu”nda gənclik şəhər təmsilçisi “Sumqayıt”ı qəbul edir. Yevlax təmsilçi ilə “kimyaçılar”ın oyunu Əli Əliyev idarə edir. Artıq oyunda ilk hissə arxada qaldı. İlk hissədən sonra tərəflərdən heç biri fərqlənə bilməyib-“Karvan-Yevlax”-“Sumqayıt”-0:0
Bazar, Bazar ertəsi, və Çərşənbə axşamı günü keçiriləcək. Bazar günü iki qarşılaşma baş tutacaq.
Günün ilk qarşılaşmasında “Şamaxı” “Şamaxı Şəhər Stadionu”nda “İmişli”ni qəbul edəcək. “Şirlər”lə “pələnglər”in oyununu Vüqar Həsənli idarə edəcəcək.
Günün ikinci qarşılaşmasında “Qarabağ” “Tofiq Bəhramov adına Respublika Stadionu”nda “Araz-Naxçıvan”ı qəbul edir. “Köhlən atlar”la Muxtar Respublika təmsilçisinin görüşünü Rəşad Əhmədov idarə edəcək.
Turun digər görüşləri Bazar ertəsi günü baş tutacaq. Bazar ertəsi günü iki qarşılaşma baş tutacaq.
Günün ilk qarşılaşmasında “Zirə” qədim Gəncə təmsilçisi “Kəpəz”i qəbul edəcək.
Günün ikinci qarşılaşmasında isə “Neftçi” “Palms Sports Arena” “Turan Tovuz”u qəbul edəcək.
Turun sonuncu görüşü Çərşənbə axşamı günü keçiriləcək.
Günün və turun sonuncu görüşündə “Sabah” “Bank Respublika Arena”da “Qəbələ”ni qəbul edəcək.
