Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında V tura start veriləcək. PFL bu günə bir qarşılaşma təyin edib.
Turun açılış və günün yeganə qarşılaşmasında “İmişli” “Yevlax şəhər stadionu”nda “Neftçi”ni qəbul edəcək. “Ağ-qaralar”la “pələnglər”in görüşünü Kamranbəy Rəhimov idarə edəcək. Artıq komandaların start heyətləri məlumdur:
“İmişli”nin start heyəti:
22. Sadiq Məmmədzadə(GK)
14. Bəxtiyar Həsənalızadə
19. Azər Salahlı (C)
77. Fərid Nəbiyev
5. İdris İnqilablı
33. Əkbər Eyubov
6. Yau Mozes
9. Dioqo Almeyda
23. Dioqo Rollo
7. Luis Silvestr
80. Deko
“İmişli”nin ehtiyat oyunçuları:
1. Yusif İmanov(GK)
17. Seyxan Fərəcov
70. Mehdi Tahirov
55. Murad Ələkbərov
30. Xəlil Mürsəlli
13. Rafael Vieqaş
10. Dioqo Kardozu
8. Xuan Hernandes
42. Sebai Senin
“İmişli”nin baş məşqçisi: Fərid Namazov
“Neftçi”nin start heyəti:
1. Emil Balayev(GK)
8. Emin Mahmudov (C)
17. Murad Xaçayev
3. Rüfət Abbasov
77. Falaye Sako
18. İfeanyi Metyu
55. Endryu Qravilyon
29. Lyubomir Tupta
33. Breno Almeyda
10. Freddi Varqas
11. Alen Şkribek
“Neftçi”nin ehtiyat oyunçuları:
93. Rza Cəfərov(GK)
81. Məhdi Həsənov(GK)
14. Elvin Bədəlov
7. Emil Səfərov
6. Sessi Dalmeyda
24. Mustafa Sek
5. İqor Ribeyro
26. Adeleke Akinyemi
22. Denzel Jubitana
20. Qustavo Klisman
88. Viçko Şevel
27. Draqolyub Saviç
“Neftçi”nin baş məşqçisi: Yuri Vernidub
Turun digər görüşləri Şənbə, Bazar və Bazar ertəsi günü keçiriləcək. Şənbə günü iki qarşılaşma baş tutacaq.
Günün ilk oyunun qədim Gəncə təmsilçisi “Kəpəz” “Gəncə şəhər stadionu”nda “Qəbələ”ni qəbul edəcək. “Sarı-göylər”lə “qırmızı-qaralar”ın görüşünü Tural Qurbanov idarə edəcək.
Günün ikinci qarşılaşmasında gənclik şəhər təmsilçisi “Sumqayıt” “SOCAR Polymer Arena”da “Şamaxı”nı qəbul edəcək. “Kimyaçılar”la “şirlər”in görüşünü Əli Əliyev idarə edəcək.
Bazar günü iki qarşıla baş tutacaq.
Günün ilk qarşılaşmasında “Araz-Naxçıvan” “Şamaxı şəhər stadionu”nda “Turan Tovuz”u qəbul edəcək. Muxtar Respublika təmsilçisi ilə “boz qurd”un görüşünü Elçin Məsiyev idarə edəcək.
Günün ikinci qarşılaşmasında “Zirə” “Zirə İK stadionu”nda “Qarabağ”ı qəbul edəcək. “Mavi qartallar”la “Köhlən atlar”ın görüşünü Rəşad Əhmədov idarə edəcək.
Turun sonuncu görüşü Bazar ertməsi günü keçiriləcək.
Günün yeganə və turun sonuncu qarşılaşmasında “Şəfa” “SOCAR Polymer Arena” “Sabah”ı qəbul edəcək. Bakı təmsilçisi ilə “bayquşlar”ın görüşünü Nicat İsmayıllı idarə edəcək.
