İngiltərə mümkün müharibəyə hazırlaşmaq üçün vaxtın azaldığını bəyan edib. Nəzər.Media Türkiyənin “Hürriyyət” qəzetinə istinadən verir ki, müdafiə naziri Ues Stritinq ölkənin 2030-cu ilə qədər ciddi təhlükələrlə üzləşə biləcəyini bildirib.
Nazirin sözlərinə görə, Rusiyanın hərbi imkanları və müharibə iqtisadiyyatı güclənir. O, ölkənin müdafiə qüvvələrinin gücləndirilməsinin vacibliyini vurğulayıb. Stritinq müttəfiqlərlə birgə müharibəyə hazır olmağın zəruriliyini qeyd edib.
//Nəzər.Media
