DÇ-2026-nın L qrupunun I turu çərçivəsində İngiltərə və Xorvatiya milliləri üz-üzə gəlib. Artıq oyunun 12-ci dəqiqəsində İngiltərə Harri Keyinin penaltidən qolu ilə hesabı açdı-İngiltərə-Xorvatiya-1:0. Oyunun 36-cı dəqiqəsində Martin Baturinanın qolu ilə hesabı bərabərləşdirib-İngiltərə Xorvatiya-1:1. Oyunun 42-ci dəqiqəsində Harri Keyn dubl edərək özünün və İngiltərənin ikinci topuna imza atdı və komandasını yenidən hesabda önə keçirib-İngiltərə-Xorvatiya-2:1. Oyunun 45+5 Peter Musa Xorvatiyanın ikinci topuna imza ataraq hesabı yenidən bərabərləşdirdi-İngiltərə-Xorvatiya-2:2. İlk hissə tərəflərin hərəyə iki dəfə fərqlənməsi ilə başa çatıb-İngiltərə-Xorvatiya-2:2. Oyunun 47-ci dəqiqəsində Jud Belinqam İngiltərənin üçüncü topuna imza ataraq komandasını yenidən hesabda önə keçirib-İngiltərə-Xorvatiya-3:2. Oyunun 85-ci dəqiqəsində Markus Raşford İngiltərənin dördüncü topuna imza atıb-4:2. Bu oyunda vurulan son qol olub və İngiltərə matçdan 4:2 qalib ayrılıb.
//Nəzər.Media
