İngiltərədə quraqlıq hökm sürür. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, ölkədə 54 gündür yağış yağmır.
Quraqlıq yaşıl ərazilərə də təsir edib. Bir çox park və futbol meydançasının otları saralıb. İyul ayı ölkədə ən quraq ay kimi qeydə alınıb. İngiltərənin yarısı və Uelsin tamamında quraqlıq elan edilib. Suyun istifadəsinə məhdudiyyətlər tətbiq olunan ərazilərdə 20 milyondan çox insan yaşayır. Bu həftə havanın 36 dərəcədən çox isti olacağı gözlənilir.
//Nəzər.Media
