İran ABŞ-yə qarşı cavab hücumlarını davam etdirir. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, İnqilab Keşikçiləri Korpusunun məlumatına görə, Küveytdəki Əli Əl-Səlim Hərbi Hava Bazasında yerləşən ABŞ obyektləri vurulub.
Bildirilir ki, zərbə nəticəsində pilotsuz uçuş aparatlarının saxlanıldığı anqar hədəfə alınıb və bəzi hərbi təyyarələr yanıb. İranın xarici işlər naziri Abbas Əraqçi isə ölkəsinin hərbi üstünlük əldə etdikdən sonra diplomatik danışıqlara qayıdacağını bildirib. O vurğulayıb ki, Tehran bunun üçün uyğun vaxtı gözləyəcək.
//Nəzər.Media
