İran ABŞ-yə məxsus pilotsuz sualtı aparatı ələ keçirdiyini açıqlayıb. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, aparatın Hörmüz boğazı yaxınlığında tutulduğu bildirilib.
İran tərəfi hadisə ilə bağlı görüntüləri də yayımlayacağını deyib. Aparatın kəşfiyyat məqsədilə istifadə edildiyi ehtimal olunur. ABŞ-dan məsələ ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.
//Nəzər.Media
