
İNGİLİS DİLİ KURSU-TÜRKİYƏDƏ TƏHSİL-UKRAYNADA TƏHSİL
TELEFON:+99470-511-22-88
İran hakimiyyəti Avropa ölkələrini Yaxın Şərqdəki münaqişəyə müdaxilə etməməyə çağırıb və əks halda bunun ciddi nəticələr doğura biləcəyini bildirib.
Bu barədə İran xarici işlər nazirinin müavini Məcid Təxt-Rəvançi “France 24” kanalına açıqlama verib. O qeyd edib ki, Tehran artıq Avropa ölkələrini xəbərdar edib və onları İrana qarşı aparılan hərbi əməliyyatlara qarışmamağa çağırır.
Təxt-Rəvançi vurğulayıb ki, ABŞ və İsrailin İrana qarşı hərbi addımlarını dəstəkləyən hər hansı ölkə avtomatik olaraq Tehran üçün qanuni hədəf hesab olunacaq. O əlavə edib ki, İran öz suverenliyini qorumaq üçün lazım olan bütün tədbirləri görməyə hazırdır və təhdidləri cavabsız qoymayacaq.
//milli.az
