İran İnqilab Keşikçiləri “Nəsr-2” əməliyyatına başladığını açıqlayıb. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, Bəhreyndə yerləşən ABŞ-ın “Cufeyr” hərbi bazasının hədəf alındığı bildirilib.
Məlumata görə, bazadakı bəzi bina və hərbi sistemlərə zərbə endirilib. Eyni zamanda, Hörmüz boğazında ABŞ-ın tövsiyə etdiyi marşrutla hərəkət edən iki supertankerin də hücuma məruz qaldığı iddia olunub. Bildirilir ki, zərbə nəticəsində tankerlər istismardan çıxıb.
//Nəzər.Media
