İran neft tankerini saxlayıb. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, Tanker BƏƏ-yə məxsus olub.
İran mətbuatının məlumatına görə, tanker Hörmüz boğazından keçərkən dayandırılıb. Hadisə Kiş adası yaxınlığında baş verib. Tankerin İranın müəyyən etdiyi marşrutdan istifadə etmədiyi və tələb olunan icazəni almadığı bildirilib.
//Nəzər.Media
