İran diplomatlarının ABŞ-dan çıxarılması ilə bağlı iddia təkzib edilib. Nəzər.Media Türkiyənin “Hürriyyət” qəzetinə istinadən xəbər verir ki, İran xarici işlər naziri Abbas Əraqçi iddianı yalanlayıb.
O bildirib ki, BMT Baş Assambleyasına qatılan diplomatların əksəriyyəti ABŞ-dan planlaşdırıldığı kimi ayrılıb. Əraqçi bu iddianın ABŞ tərəfindən yayıldığını və həqiqəti əks etdirmədiyini deyib. ABŞ mediası isə iki iranlı diplomatın ölkədən vaxtında ayrılmadığı üçün göndərildiyini yazmışdı.
//Nəzər.Media
