ABŞ-nin “Axios” nəşri İranla bağlı diqqətçəkən iddia yayıb. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, Hörmüz boğazından keçən iki ticarət gəmisi raket hücumuna məruz qalıb.
Bildirilir ki, gəmilərə ciddi ziyan dəyib, lakin ölən və yaralanan olmayıb. İran rəsmiləri isə bu iddialarla bağlı hələlik rəsmi açıqlama verməyiblər. Hadisənin araşdırılması davam edir.
//Nəzər.Media
