İran Hörmüz boğazından keçmək istəyən 5 neft tankerinə icazə verib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, tankerlərin hər biri 2 milyon barelə yaxın neft daşıyır.
Keçid üçün icazə İnqilab Keşikçiləri tərəfindən təsdiqlənib. Bölgədə ABŞ ilə gərginliyin davam etdiyi vurğulanıb.
Qeyd edək ki, Hörmüz boğazı dünya enerji bazarı üçün strateji ərazi hesab olunur.
//Nəzər.Media
