İran NATO-nun Ankara Zirvəsi bəyanatına etiraz edib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, Tehran sənəddəki iddiaları əsassız adlandırıb.
İran səfirliyi nüvə proqramının tamamilə dinc məqsədlər daşıdığını bildirib. Rəsmi Tehran nüvə silahının müdafiə siyasətində yer almadığını vurğulayıb.Açıqlamada Hörmüz boğazında təhlükəsizliyin qorunmasına sadiq olduqları qeyd edilib. Bölgədəki gərginliyə görə isə ABŞ və İsrail məsuliyyət daşıdığı iddia olunub.İran diplomatiyaya sadiq qaldığını bəyan edib. Rəsmi Tehran regional sülhün qarşılıqlı hörmət və əməkdaşlıq yolu ilə mümkün olduğunu bildirib.
//Nəzər.Media
