İran və Malayziya əlaqələri gücləndirir. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, İran və Malayziyanın müdafiə nazirlərinin telefon danışığı olub.
Tərəflər müdafiə sahəsini müzakirə edib.. Görüşdə təcrübə və texnologiya mübadiləsi müzakirə edilib. Tərəflər qarşılıqlı təlim imkanlarının artırılmasını da nəzərdən keçirib. Malayziya İranı gələn il keçiriləcək müdafiə, dənizçilik və aviasiya sərgisinə dəvət edib.
//Nəzər.Media
