İran ABŞ-nin iqtisadi təzyiqlərinə cavab verəcəyini açıqlayıb. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, İran rəsmisi Möhsen Rzai yeni tədbirlər görüləcəyini bildirib.
Onun sözlərinə görə, ABŞ-nin dəniz blokadası bölgəsində qadağan olunmuş zona yaradılacaq. Rzai ABŞ hərbi gəmilərinə və bazalarına qarşı hazırlıqların gücləndirildiyini deyib. Bu açıqlama ABŞ ilə İran arasında gərginliyi daha da artırıb.
//Nəzər.Media
