İran ABŞ və İsrailin yeni hücumuna qarşı xəbərdarlıq edib.Nəzər.Media Türkiyənin “Hürriyyət” qəzetinə istinadən xəbər verir ki, İran İnqilab Keşikçiləri Korpusunun sözçüsü Hüseyn Mühibbi yeni hücum olacağı halda müharibənin ərazisinin dəyişəcəyini bildirib.
O, yeni silahların və imkanların döyüşə cəlb ediləcəyini deyib.Mühibbi həmçinin əvvəllər hədəfə alınmayan yeni ərazilərin müəyyənləşdirildiyini açıqlayıb.İran rəsmisi ölkəsinin uzunmüddətli müharibəyə hazır olduğunu da bildirib.
//Nəzər.Media
