İran ABŞ Prezidenti Donald Trampa cavab verib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki,Xarici işlər naziri Abbas Əraqçi Trampın “iqtisadi müharibə” açıqlamasını tənqid edib.
Əraqçi bunun ABŞ-dakı iqtisadi böhrandan diqqəti yayındırmaq məqsədi daşıdığını bildirib. O, ABŞ-ın siyasətinin Vaşinqtona daha böyük məğlubiyyətlər gətirəcəyini deyib. İran rəsmisi mümkün yeni müharibədə daha güclü silahlardan istifadə ediləcəyini də açıqlayıb.
//Nəzər.Media
