ABŞ-nin İrana hücumunda üç iranlı pilot həlak olub. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, pilotlardan Müctəba Bakıri və Həmid Okati Hərbi Dəniz Qüvvələrində xidmət edib.
Hüseyn Mehdeviyan isə Hərbi Hava Qüvvələrinin üzvü olub. Hücum sentyabrın 1-də İranın cənub bölgələrinə həyata keçirilib.
Qeyd edək ki, İran Səhiyyə Nazirliyi hücumlarda 18 nəfərin öldüyünü, 142 nəfərin yaralandığını açıqlayıb.
//Nəzər.Media
