İranın Hörmüz boğazı yaxınlığında gəmilərə hücumları bölgədə gərginliyi artırıb. Nəzər.Media Türkiyənin “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, ABŞ İranın addımlarına iqtisadi təzyiqi artırmaqla cavab verəcəyini bildirib.
Vaşinqton İranın neft gəlirlərini azaltmağa çalışır. Bununla yanaşı, dənizdə qarşılıqlı hücumlar davam edir. Son hadisələr neft qiymətlərinin yüksəlməsinə və bölgədə ticarətin zəifləməsinə səbəb olub.
//Nəzər.Media
