İranın yeni müdafiə naziri Məcid ibn Rza İsrailə qarşı sərt bəyanatla çıxış edib. Nəzər.Media Türkiyənin “Hürriyyət” qəzetinə istinadən xəbər verir ki, nazir ölkəsinin mümkün qarşıdurmaya hazır olduğunu bildirib.
O, İranın hərbi qüvvələrinin yüksək hazırlıq vəziyyətində olduğunu vurğulayıb. Nazir İsrailə qarşı mümkün cavab tədbirlərinin gündəmdə olduğunu bildirib. Bu açıqlama iki ölkə arasında gərginliyin davam etdiyi bir vaxtda səsləndirilib.
//Nəzər.Media
