İranın xarici işlər naziri Abbas Əraqçi İsrailin Baş naziri Benyamin Netanyahunu sərt tənqid edib. Nəzər.Media Türkiyənin “Hürriyyət” qəzetinə istinadən xəbər verir ki, Əraqçi Netanyahunun həbsdən yayınmaq üçün ABŞ-ı müharibəyə cəlb etməyə çalışdığını bildirib.
İranlı nazir bu addımın bölgədə gərginliyi artırdığını vurğulayıb. O, Vaşinqtonun İsrailin siyasətinə görə münaqişəyə cəlb oluna biləcəyini deyib. İsrail tərəfi bu ittihamlara münasibət bildirməyib.
//Nəzər.Media
