İraqda korrupsiya istintaqı davam edir. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, milyonlarla dollar dəyərində əmlaka həbs qoyulub.
İstintaq çərçivəsində ümumilikdə 375 kiloqram qızıl dövlətə qaytarılıb. Araşdırmalar sabiq neft nazirinin müavini Adnan əl-Cumeyli ilə bağlı iş üzrə aparılır. Həmçinin bir neçə kommersiya obyekti və un zavoduna da həbs qoyulub. Məhkəmə həmin əmlakların dövlət nəzarətinə verilməsi barədə qərar qəbul edib. İraq rəsmiləri korrupsiya yolu ilə əldə edilən bütün əmlakın geri qaytarılacağını və məsul şəxslərin qanun qarşısında cavab verəcəyini bildiriblər.
//Nəzər.Media
