İsrail mətbuatı Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında qurulan müdafiə əməkdaşlığını diqqətlə izləyir. Nəzər.Media Türkiyənin “Hürriyyət” qəzetinə istinadən xəbər verir ki, İsrail bu ittifaqın bölgədəki güc balansını dəyişə biləcəyindən ehtiyat edir.
İsrailin Kanal 14 telekanalı üç ölkənin hərbi, iqtisadi və nüvə imkanlarının birləşməsinə diqqət çəkib. Təhlildə ittifaqın genişlənərək Misir, Qətər və Birləşmiş Ərəb Əmirliklərini də əhatə edə biləcəyi irəli sürülüb. İsrail mətbuatı bu əməkdaşlığın ölkənin bölgədəki mövqeyini zəiflədə biləcəyini iddia edib.
//Nəzər.Media
