İsrail mətbuatı Baş nazir Benyamin Netanyahunun açıqlamasını şübhə altına alıb. Nəzər.Media Türkiyənin “Hürriyyət” qəzetinə istinadən xəbər verir ki, Hartz ordunun ölkəyə hücum hazırlığına dair konkret əlamət aşkar etmədiyini yazıb.
Netanyahu seçkilərdən əvvəl hücum təhlükəsinin olduğunu bildirib. Lakin İsrail ordusunun mənbələri belə hazırlıq barədə məlumat verməyib. Bəzi təhlükəsizlik rəsmiləri açıqlamanın seçkiqabağı gərginliklə bağlı ola biləcəyini deyib.
//Nəzər.Media
