İsrailin müdafiə naziri İsrael Kats Livana qarşı hücumların genişləndiriləcəyi ilə hədələyib. Nəzər.Media Türkiyənin “Hürriyyət” qəzetinə istinadən xəbər verir ki, İsrail ordusu Livanda quru əməliyyatına başlamağa hazırdır.
Kats Hizbullahı İsrailə qarşı hücumlarda ittiham edib. O, Livana qarşı daha sərt addımların atıla biləcəyini bildirib.
İsrailin bu açıqlaması bölgədə gərginliyin artdığı vaxta təsadüf edir.
//Nəzər.Media
