İsrail təyyarələri Suriya hava məkanını pozub. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, hadisə Dəra bölgəsində baş verib.
İsrailə məxsus döyüş təyyarələrinin bölgə üzərində uçuş keçirdiyi bildirilib. Məlumatı Suriya rəsmi xəbər agentliyi yayıb.
Qeyd edək ki, İsrail ordusu iki gün əvvəl İdlibdəki Əbu Zühur hərbi aerodromuna da zərbə endirib.
//Nəzər.Media
