İsraildə parlament buraxılıb. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, ölkədə seçki oktyabrın 27-də keçiriləcək.
Knesset dörd illik fəaliyyətini başa vuraraq özünü buraxıb. Qərar parlamentdə yekdilliklə qəbul edilib. Bu müddət ərzində doqquz büdcə və yüzlərlə qanun təsdiqlənib. İsraildə parlamentin dörd illik səlahiyyət müddətini tam başa vurması 1988-ci ildən bəri ilk dəfə baş verir. Baş nazir Benyamin Netanyahu da ilk dəfə tam dörd illik hökumət müddətini başa vurub. Parlament seçkilərə qədər yenidən toplanmayacaq.
//Nəzər.Media
