İsraildə keçirilən son seçki sorğusu diqqət çəkib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, Sorğuya görə, Benyamin Netanyahu tərəfdarlarının mövqeyi zəifləyib.
Müxalifətin isə seçkidə daha çox yer qazana biləcəyi bildirilir. Bu nəticə Netanyahu üçün ciddi xəbərdarlıq kimi qiymətləndirilib. Sorğunun nəticələri İsraildə siyasi mübarizənin daha da gərginləşəcəyini göstərir.
//Nəzər.Media
