İşğal altındakı İordan çayının qərb sahilində israilli məskunlaşanlar avropalı diplomatlara hücum ediblər. Nəzər.Media Türkiyənin “Hürriyyət” qəzetinə istinadən xəbər verir ki, hücum zamanı fransalı bələdiyyə sədri də döyülüb.
Hadisə Taybe kəndi yaxınlığında baş verib. Bundan bir gün əvvəl amerikalı fotojurnalist Heydi Levin də ağır xəsarət alıb. Avropa ölkələri hücumları pisləyərək məsul şəxslərin cəzalandırılmasını tələb ediblər.
//Nəzər.Media
