Türkiyədə İŞİD terror təşkilatına qarşı xüsusi əməliyyat keçirilib. Nəzər.Media “CNN Türk”ə istinadən xəbər verir ki, əməliyyat İstanbulda baş tutub.
Əməliyyat zamanı 15 nəfər saxlanılıb. Onların terror təşkilatı ilə əlaqədə olduğu bildirilir. Axtarışlar zamanı çoxlu sayda rəqəmsal material götürülüb. Faktla bağlı araşdırma davam edir.
//Nəzər.Media
