• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home Maraqlı

İsti hava insult riskini artırır - Həkimdən açıqlama

10 İyul, 26 / 15:04
A A
İsti hava insult riskini artırır - Həkimdən açıqlama

Yay aylarında isti hava səbəbindən küçədə özünü pis hiss edən və ya huşunu itirən insanlara tez-tez rast gəlinir. Mütəxəssislər xəbərdarlıq edirlər ki, bu cür hallar hər zaman sadəcə günvurma olmaya, insultun əlaməti də ola bilər.

Kardioloq Yelena Malışevanın sözlərinə görə, istidən yaranan halsızlıq adətən susuzlaşma, bədənin həddindən artıq qızması və qan təzyiqinin enməsi ilə bağlı olur. Belə hallarda zəiflik, başgicəllənmə, gözlərin qaralması, qulaqlarda küy və soyuq tər müşahidə edilir. Şəxs sərin yerə aparılıb uzandırıldıqda və ayaqları qaldırıldıqda vəziyyəti çox vaxt qısa müddətdə yaxşılaşır:

“İnsult zamanı isə vəziyyət fərqli olur. Üzün bir tərəfinin sallanması, qol və ya ayaqda qəfil zəiflik, nitqin pozulması və ya danışılanı anlamamaq kimi əlamətlər yaranır. Bu simptomlar müşahidə edilərsə, vaxt itirmədən təcili tibbi yardım çağırmaq lazımdır”.

Həkim tövsiyə edir ki, şübhə yarandıqda şəxsdən gülümsəməsi, hər iki qolunu qaldırması və sadə bir cümlə deməsi istənilsin. Bu hərəkətlərdə çətinlik varsa, insult ehtimalı yüksəkdir. Təcili yardım gələnədək zərərçəkən uzandırılmalı, təmiz hava təmin edilməli, dar geyimləri boşaldılmalı, ona su, yemək və ya dərman verilməməlidir.

//milli.az

Previous Post

Dünya çempionatının finalında ilk yaşanacaq

Next Post

“Türkiyədə bütün pullarımı itirdim, məni çökdürdülər”

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.