İtaliyada muzey soyulub. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, hadisə Siciliyanın Messina şəhərində baş verib.
Qarət zamanı muzeydən dörd ədəd qiymətli əsər oğurlanıb. Oğrular təhlükəsizlik sistemini keçərək Antonello da Messinaya aid üç əsəri aparıblar. Daha iki əsər isə digər paneldən oğurlanıb. Polis hadisə ilə bağlı araşdırma başladıb.
//Nəzər.Media
