• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home Maqazin

İyun ayında hansı məhsullar bahalaşıb, hansılar ucuzlaşıb?

14 İyul, 26 / 17:25
A A
İyun ayında hansı məhsullar bahalaşıb, hansılar ucuzlaşıb?

Cari ilin yanvar-iyun aylarında Azərbaycanda istehlak qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə 5,7 faiz artıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, hesabat dövründə qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə qiymət artımı 6,7 faiz, qeyri-qida məhsulları üzrə 3,8 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər üzrə isə 5,7 faiz təşkil edib.

Bildirilib ki, 2025-ci ilin iyun ayı ilə müqayisədə bu ilin iyununda illik istehlak qiymətləri 5,8 faiz artıb, aylıq müqayisədə isə qiymətlərdə 0,3 faiz azalma qeydə alınıb.

İyun ayında qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə qiymətlər əvvəlki ayla müqayisədə 0,7 faiz azalıb, ötən ilin eyni ayına nisbətən isə 7,1 faiz yüksəlib.

Ay ərzində bəzi ərzaq məhsullarının qiymətlərində artım müşahidə olunub. Belə ki, qarabaşaq yarması, toyuq əti, yoqurt, qatıq, süfrə marqarini, günəbaxan və qarğıdalı yağı, limon, alma, ərik, ağ kələm, soğan, qazlı və qazsız sular bahalaşıb.

Eyni zamanda təzə balıq, yumurta, banan, alça, çiyələk, xiyar, pomidor, şirin bibər, badımcan, göy lobya, süfrə çuğunduru, sarımsaq və kartofun qiymətində ucuzlaşma qeydə alınıb.

Qeyri-qida məhsulları üzrə qiymətlər iyunda əvvəlki ayla müqayisədə 0,1 faiz, ötən ilin eyni ayına nisbətən isə 3,8 faiz artıb. Bu dövrdə boya, mebel, avtomobillər üçün mühərrik yağı və mobil telefonların qiymətləri yüksəlib, məişət avadanlıqları və zərgərlik məmulatları isə ucuzlaşıb.

Əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri iyunda aylıq müqayisədə 0,1 faiz, illik müqayisədə isə 5,6 faiz artıb. Ay ərzində beynəlxalq hava nəqliyyatı ilə sərnişindaşıma və ölkədaxili istirahət turlarının qiymətləri bahalaşıb.

Digər məhsul və xidmət qruplarında ciddi qiymət dəyişiklikləri qeydə alınmayıb.

//milli.az

Previous Post

Seneqal millisinin əsas həkimi ginekoloq imiş

Next Post

Zaur Nəbioğluna vəzifə verildi

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.