ABŞ KAAN layihəsi ilə bağlı qərar qəbul edib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, 80 ədəd F110 mühərrikinin ixracına icazə verilib.
Məlumatı TUSAŞ-ın baş direktoru Mehmet Dəmiroğlu açıqlayıb. Onun sözlərinə görə, bu mühərriklər KAAN-ın seriyalı istehsalında istifadə olunacaq. Dəmiroğlu HÜRKUŞ-2 təlim təyyarəsinin son sınaqlarının da uğurla başa çatdığını bildirib. O qeyd edib ki, Türkiyə Hərbi Hava Qüvvələrinin pilotları HÜRKUŞ-2-ni “Uçan Ferrari” adlandırırlar.
//Nəzər.Media
