MİT rəhbəri İbrahim Kalın Afinada Yunanıstanın kəşfiyyat rəhbəri Temistoklis Demirislə görüşüb. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, görüşdə iki ölkə arasındakı əlaqələr və bölgədəki vəziyyət müzakirə olunub.
Tərəflər terror və mütəşəkkil cinayətkarlıqla mübarizəni də müzakirə ediblər. Suriya, Liviya, Fələstin və Qəzzadakı son hadisələr də gündəmdə olub. Kalın və Demiris kəşfiyyat sahəsində əməkdaşlığın gücləndirilməsi barədə razılaşıblar.
//Nəzər.Media
