• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home İdman

Kamandan oxatma üzrə Bakı şəhər kubokunun birinci mərhələsi başa çatıb

05 Aprel, 26 / 21:50
A A
Kamandan oxatma üzrə Bakı şəhər kubokunun birinci mərhələsi başa çatıb

​Bakı şəhərində kamandan oxatma idman növü üzrə Bakı şəhər kubokunun I mərhələsi uğurla yekunlaşıb. Yarış həm böyüklər, həm də U15 (yeniyetmələr) kateqoriyası üzrə gərgin və peşəkar mübarizə şəraitində keçib. U15 kateqoriyası üzrə qızlar arasında Rüstəmli Sona qızıl, Məmmədli Selcan gümüş, İbrahimli Məryəm isə bürünc medala layiq görülüblər. Eyni yaş qrupunda oğlanların mübarizəsində İsmayılov Məhəmməd birinci, Məmmədov Əli ikinci, Məmmədli Saleh isə üçüncü yeri tutublar. Yeniyetmə qaliblərin mükafatlarını Azərbaycan Kamandan Oxatma Federasiyasının baş katibi Fərid Xəlilov və Gənclər və İdman Nazirliyinin Strateji təhlil sektorunun müdiri Ülviyyə Hacıyeva təqdim ediblər.
​Böyüklər arasında keçirilən yarışlarda da rəqabət yüksək səviyyədə olub. Kişilər kateqoriyasında Əliyev Məhəmmədəli bütün rəqiblərini qabaqlayaraq qızıl medala sahib olub, Sərdar Vəliyev gümüş, Zahid Kazımzadə isə bürünc medal qazanıblar. Qadınların yarışında isə Yaylagül Ramazanova qızıl medal qazanıb, Lalə İsmayılova gümüş, Aliyə Əliyeva isə bürünc mükafatla yarışı tamamlayıblar. Böyüklər kateqoriyası üzrə fərqlənən idmançılara mükafatları Federasiyanın baş katibi Fərid Xəlilov və Bakı Şəhər Gənclər və İdman İdarəsinin Gənclərlə iş sektorunun baş məsləhətçisi Lalə Abbaszadə təqdim ediblər.

Previous Post

“Baku Open” turniri davam edir

Next Post

AGF TROPHY 2026 beynəlxalq turniri keçirilib

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.