• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home İdman

KAMANDAN OXATMA ÜZRƏ GƏNCLƏR ARASINDA ÖLKƏ BİRİNCİLİYİNİN RƏSMİ AÇILIŞ MƏRASİMİ KEÇİRİLİB-FOTOLAR

01 İyun, 26 / 21:55
A A
KAMANDAN OXATMA ÜZRƏ GƏNCLƏR ARASINDA ÖLKƏ BİRİNCİLİYİNİN RƏSMİ AÇILIŞ MƏRASİMİ KEÇİRİLİB-FOTOLAR

Kamandan oxatma idman növü üzrə gənclər arasında ölkə birinciliyinin rəsmi açılış mərasimi keçirilib. Tədbirin rəsmi hissəsində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Olimpiya və Paralimpiya idman növləri sektorunun müdiri Aydın Məmmədov çıxış edərək yarış iştirakçılarını salamlayıb. Sektor müdiri ölkədə bədən tərbiyəsi və idmanın inkişafı, idmanın kütləviliyinin təmin olunması istiqamətində həyata keçirilən dövlət siyasətinin uğurlarını diqqətə çatdırıb. A.Məmmədov bu qəbildən olan respublika miqyaslı yarışların gənc idmançıların potensialının üzə çıxarılmasındakı rolunu və əhəmiyyətini vurğulayıb. Daha sonra Azərbaycan Kamandan Oxatma Federasiyasının Yarışların təşkili və klublarla iş şöbəsinin müdiri Kamran Həsənzadə çıxış edərək iştirakçılara müvəffəqiyyətlər arzulayıb. Rəsmi çıxışların ardınca yarışların təsnifat mərhələsinə start verilib. Birinciliyin ilk günündə U15, U18 və U21 yaş kateqoriyaları üzrə ümumilikdə 49 oxatan atış xəttinə çıxıb. İdmançılar 40, 60 və 70 metr məsafələrdən iki sessiya ərzində ümumilikdə 72 ox (hər sessiyada 36 ox) ataraq kvalifikasiya normalarını yerinə yetiriblər. Keçirilən gərgin mübarizənin yekun nəticələrinə əsasən, növbəti mərhələlərin iştirakçı heyəti müəyyənləşib.
​Növbəti gün 1/8, 1/4, 1/2 yarımfinal və final mərhələlərinin qarşılaşmaları keçiriləcək. Qaliblər müvafiq diplom, medal və hədiyyələrlə təltif olunacaqlar.

Previous Post

Dünya Seriyasının II mərhələsində 2 medal

Next Post

Millimiz Dünya Kubokuna qələbə ilə start verib

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.