• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home İqtisadiyyat

Kamran Əsədov ev dustaqlığı istədi

13 Fevral, 26 / 0:17
A A
Kamran Əsədov ev dustaqlığı istədi

İNGİLİS DİLİ KURSU-TÜRKİYƏDƏ TƏHSİL-UKRAYNADA TƏHSİL
TELEFON:+99470-511-22-88

Gəncə Şəhər Məhkəməsində son qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı cinayət işi üzrə təqsirləndirilən təhsil eksperti Kamran Əsədovun və tarix müəllimi Gündüz Abbasovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Nəzər.Media qafqazinfo-ya istinadən xəbər verir ki, hakim Elçin Məmmədovun sədrliyi ilə keçirilən iclasda əvvəlcə Kamran Əsədov məhkəməyə yazılı vəsatət verib.

Vəsatətdə K. Əsədov azyaşlı övladlarından birinin autizim sindromu olduğunu, həyat yoldaşının şəkərli diabetdən əziyyət çəkdiyini və atasının səhhətini əsas gətirərək ev dustaqlığına buraxılmasını xahiş edib.

Daha sonra Gündüz Abbasov vəsatətini təqdim edib.

Hər ikisinin müraciəti təmin edilməyib.

Proses şahidlərin dindirilməsi ilə davam etdirilib.

Ş. Əzizova ifadəsində bildirib ki, Kamran Əsədovla ailəvi dostu vasitəsilə tanış olub. O bildirib ki, övladının universitetə qəbul olması üçün 15 min manat verib. Lakin ərinin təkidi ilə çiyin və qulağa taxılması üçün nəzərdə tutulan texniki vasitələri K. Əsədova qaytarıb və verilən məbləği geri alıb.

Digər şahid S. Abdıyeva Gəncədə yaşadığı üçün Gündüz Abbasovu tanıdığını bildirib.

Onun sözlərinə görə, övladı ilə bərabər bir neçə dəfə G. Abbasovla görüşüb və ondan texniki vasitələrin necə işlətmək qaydasını öyrəniblər:

“Bunun qarşılığında 3 min manat ödənilməli idi. Pul imtahanın nəticələrindən sonra veriləcəkdi, lakin imtahan vaxtı texniki vasitə işləmədi. Biz də pulu ödəmədik”.

Proses fevralın 19-da davam etdiriləcək.

Previous Post

Azərbaycanda bu yüksək vəzifə ləğv edildi

Next Post

Azərbaycanda zəlzələ oldu

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.