• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home Manşet

“Keçid ballarının artacağı gözlənilir” - Məleykə Abbaszadə

01 Avqust, 26 / 0:05
A A
“Keçid ballarının artacağı gözlənilir” - Məleykə Abbaszadə

Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə 2026-cı il üzrə ali təhsil müəssisələrinə qəbulda keçid balları ilə bağlı ilkin proqnozları açıqlayıb.

Onun sözlərinə görə, I ixtisas qrupunda 300-400 bal intervalında keçid ballarının artacağı gözlənilir. Səbəb isə bu bal aralığında nəticə göstərən abituriyentlərin sayının artması və müsabiqənin daha da güclənməsidir.

DİM sədri bildirib ki, I qrup üzrə 600 baldan yuxarı keçid balı olan ixtisaslarda 1-2 ballıq azalma, 500-600 bal intervalında isə təxminən 16 bala qədər enmə gözlənilir. 400-500 bal aralığında da keçid ballarının təxminən 5 bal azalacağı proqnozlaşdırılır.

II ixtisas qrupu üzrə isə əksər bal intervallarında keçid ballarının 1-3 bal azalacağı gözlənilir. Bununla belə, 300-400 bal intervalında 12 bala qədər azalma proqnozlaşdırılır. 200-300 bal aralığında isə abituriyentlərin sayının çox olması səbəbindən müsabiqənin güclənəcəyi və keçid ballarının 3-4 bal arta biləcəyi qeyd olunub.

Məleykə Abbaszadənin sözlərinə görə, III ixtisas qrupunda 600 baldan yuxarı keçid balı olan ixtisaslarda 3-4 ballıq azalma ehtimalı var. Lakin 500-600 bal intervalında, eləcə də 400-500, 300-400 və 200-300 bal aralıqlarında keçid ballarının 1-8 bal artacağı gözlənilir.

DİM sədri IV ixtisas qrupunda isə müsabiqənin daha gərgin olacağını bildirib. Onun sözlərinə görə, artıq 1000-dən çox abituriyent 600-dən yuxarı bal topladığı üçün yüksəkballı ixtisaslarda keçid ballarının 15-17 bala qədər artması mümkündür. 500-600 bal intervalında da artım gözlənilir. 400-500 bal aralığında balların əsasən sabit qalacağı, 200-300 bal intervalında isə müəyyən qədər azalacağı proqnozlaşdırılır.

//milli.az

Previous Post

“Xəzər Lənkəran” AFFA-nın qərarına qarşı çıxdı

Next Post

Mənzil alarkən minlərlə manat itirə bilərsiniz - Səbəblər

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.