Ukraynanın paytaxtı Kiyev gecə saatlarında PUA və raket hücumlarına məruz qalıb. Nəzər.Media Türkiyənin “Hürriyyət” qəzetinə istinadən verir ki, hücum nəticəsində bir nəfər ölüb, səkkiz nəfər yaralanıb.
Şəhərin bir neçə rayonunda dağıntılar qeydə alınıb. Hücumlar yaşayış binalarına və mülki obyektlərə də zərər vurub. Xilasetmə və təhlükəsizlik tədbirləri davam etdirilir.
//Nəzər.Media
